İraq ordusu ilə İŞİD arasında şiddətli döyüşlər başladı: hədəf Mosul aeroportudur
Mosul ətrafında döyüşlər şiddətlənib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İraq ordusuna İŞİD-in nəzarətində olan beynəlxalq hava limanını terrorçulardan təmizləmək əmri verilib.
Ölkənin Müdafiə Nazirliyindən ağır texnikanın da iştirakı ilə əməliyyata start verildiyi bildirilib. Hücuma keçən hərbçilərə havadan qırıcılar da dəstək verir.
Bundan başqa, baş nazir Heydər əl-İbadi Mosulun qərbinin də İŞİD-dən təmizlənəcəyini bildirib.
Hücum üç istiqamətdən başladılıb, əməliyyatda 60 min hərbçinin iştirak etdiyi deyilir.
OXŞAR XƏBƏRLƏR
13:58
223
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
398
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
436
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
996
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1093
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1025