Tramp Ərdoğanla görüşəcək - AÇIQLAMA

ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşəcək.

 

APA TV-nin məlumatına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın prezidentlərin may ayındakı NATO zirvəsindən öncə təkbətək görüşməsi üçün hazırlıqların davam etdiyini söyləyib.

 

İbrahim Qalın əsas müzakirə mövzusunun Suriyadakı vəziyyətlə bağlı olacağını deyib: "May ayında NATO liderləri zirvəsi keçiriləcək. Sammitə Türkiyə prezidenti qatılacaq. Tramp-Ərdoğan görüşü mütləq baş tutacaq. Ancaq öncədən görüşün keçirilməsi üçün hazırlıqlarımız davam edir. Bu mövzuları iki liderin üz-üzə, detallı şəkildə müzakirə etməsi böyük önəm daşıyır".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR