Hesabatlar ərəfəsində neft ucuzlaşsa da, dəyərini bərpa edə bilib

ABŞ-ın yanacaq ehtiyatlarına dair rəsmi hesabat ərəfəsində ucuzlaşmağa başlayan neftin qiyməti yenidən stabilləşib.

 

APA TV-nin xəbərinə görə, “Brent” neftinin qiyməti gün ərzində minimum 55,73 dollar olub, səhər seanslarında isə qiymətlər 56,35 dollar səviyyəsinə qalxıb.

 

Qərbi Texas neftinin qiymətində də eyni dinamika müşahidə olunur. WTİ neftinin bir bareli axşam saatlarında 53,49 dollara satılırdısa, səhər bu qiymət 54,10 dollar təşkil edib.

 

Bu həftə bazarda qiymətlərin sabitləşməsinə OPEK-dən gələn xəbərlər təsir göstərib. ABŞ-ın ehtiyatlarına dair rəsmi və qeyri-rəsmi hesabatlar ərəfəsində OPEK rəsmilərinin verdiyi açıqlamalar bazarı ümidləndirib. Bu səbəbdən Birləşmiş Ştatların hasil olunmuş xam neft və benzin ehtiyatlarının həcminə dair məlumatlar bazarda qiymətləri ucuzlaşdıra bilməyib, yalnız bahalaşma qarşısında tormozlandırıcı rol oynayıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR