Lənkəranda 57 yaşlı qadını maşın vurub öldürdü

Lənkəranda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb. APA TV-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib. Xırdalan şəhər sakini 57 yaşlı  Dəstəgül Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən onu maşın vurub. Ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Sürücünün şəxsiyyəti hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR