Azərbaycanda Avropa Parlamentinin üç üzvünün həbsinə qərar verildi
Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal altındakı ərazilərimizin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Avropa Parlamentinin üzvləri - Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və Çex Respublikasının vətəndaşı Yaromir Ştetina “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə kütləvi informasiya vasitələrinə verdikləri müsahibələrində, iştirak etdikləri beynəlxalq tədbir və konfranslarda işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən qurumu “müstəqil dövlət” kimi təqdim etmələrinə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçmələrinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı