1 kq narkotiki satmaq istərkən yaxalandılar

Astara sakinləri 1 kq-dan artıq narkotik vasitəni satmaq istəyərkən saxlanılıblar.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayonun Ərçivan qəsəbə sakini, 29 yaşlı Feyzulla Məmmədov həmkəndlisi Qismət  Mirzəyevlə birlikdə satış məqsədilə tiryək və həşiş qətranı əldə edib.

 

Həmin şəxslər narkotik vasitəni Şiyəkəran kəndi ərazisində şərti alıcıya 2000 manata satarkən tutulublar.

 

Müstəntiq Elvin Əzimzadə bildirib ki, fakta görə CM-nin 234.4.1 və 234.4.3 maddəsi ilə cinayət işi başlanıb".

 

İstintaq tədbirləri zamanı məlum olub ki, narkotik vasitələr istintaqa məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşından alınıb. Həmin narkotik vasitələrin gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçdiyi bildirilir. Araşdırmalar davam etdirilir.                        

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR