Yanukoviç: "Rusiyada çətin vəziyyətdə yaşayıram"

"Rusiyadakı həyatım çətinliklər içində keçir". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç səsləndirib.

 

Sabiq prezident qarşılaşdığı çətinliklərin ona qarşı yönələn provokasiya ola biləcəyini də istisna etməyib.

 

V.Yanukoviç hazırda Rostovda kirayəyə götürdüyü bir evdə, yaxınları ilə birgə yaşadığını, Ukraynada çox çətin vəziyyətdə yaşamaqda olan tərəfdarlarından ölkədə yaşananlarla bağlı daim məlumat aldığını bildirib.


O, eyni zamanda Donbass əhalisi ilə rusların arasında mentalitet bənzərliyinin olduğunu, bu faktorun isə xalqlar arasında iqtisadi sahədə uğurlu münasibətlərin, habelə dostluq əlaqələrinin yaranmasına uğurlu zəmin yaratdığını qeyd edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR