"Bu təyinat xalqımızın ürəyindən olan hadisədir" - NOVRUZ MƏMMƏDOV, FƏTTAH HEYDƏROV

"Ötən il referendumdan sonra Azərbaycanda birinci vitse-prezident postu yaradılacağı məlum olanda, demək olar ki, Azərbaycanda hamı o yerdə Mehriban Əliyevanı görürdü".

 

APA TV-nin xəbərinə görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, Mehriban Əliyeva uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb: "Bu da artıq Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də xaricdə bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyinin, maraqlarının qorunması, təbliği istiqamətində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq".

 

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə bildirib ki,  Mehriban Əliyevanın birinci vitse-prezidenti olması xalqımızın ürəyindən olan təyinatdır: "Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycanın mədəniyyətini, uğurlarını bütün dünyaya çatdırıb. Mehriban xanım Azərbaycanın məruz qaldığı təcavüzün qarşısının alınması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün də səylərini heç zaman əsirgəməyib".

 

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin edib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR