Ermənistanın Azərbaycana vurduğu zərərin həcmi açıqlandı
Azərbaycan ərazilərinin işğalı nəticəsində Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollar həcmindədir.
APA TV-nin xəbərinə görə, bu barədə "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfransda İşçi Qrupunun üzvü Nüsrət İbrahimov məlumat verib.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, münaqişə ümumən regionun inkişafına böyük ziyan vurub: "Bu gün Azərbaycan torpaqlarının 25 faizindən istifadə etmək mümkün deyil. Otlaq ərazilərinin 70 faizi işğal olunmuş torpaqlardadır. 900-dən artıq yaşayış məntəqəsi dağıdılıb, qəbiristanlıqlar belə qalmayıb. 200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb".
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov bildirib ki, beynəlxalq ictimaiyyət zor tətbiq edərək sərhədlərin dəyişdirilməsini qəbul etmir və etməyəcək.
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində maddi zərərləri hesablamaq olar, ancaq mənəvi zərər maddidən də çoxdur: "Azərbaycana çox böyük, çox ağır, rəqəmlərə sığmayan zərər dəyib. Bu mənəvi zərəri hesablasaq, 1 milyon qaçqının hər gün verdiyi "nəyə görə?" sualı qarşısında bu rəqəmlər çox kiçikdir".
Toplantıda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və səfirlər iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı