Bakıda “Jimmy Key” və “Collezione” mağazaları açıldı

Bakının məşhur ticarət mərkəzlərindən birində iki məşhur geyim mağazasının açılışı olub. APA TV-nin xəbərinə görə, “Jimmy Key” və “Collezione” markalarını sevənlər yolunu "Nargiz Mall"-dan sala bilərlər.

 

“MR Company”nin həmtəsisçisi Azər Verdiyev bildirib ki, şirkət 2012-ci ildən ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu günə qədər bir çox uğurlu layihələrə imza atıb. Yeni geyim dükanları da həmin layihələrdəndir: “Jimmy Key” markası Bakıda ilk dəfə təqdim olunur. “Collezione” dükanı isə ikinci dükandır. Amma əminliklə qeyd edə bilərəm ki, Qafqazın ən böyük geyim dükanıdır. “Jimmy Key” və “Collezione” markaları öz müştərilərinə “first fashion” sitilində mallar təqdim edir. Moda ilə bərabər, yüksək keyfiyyət təqdim olunur. “Collezione” markası gənc və gənc olmaq istəyən gənclər üçündür. “Jimmy Key” markası isə 17 yaşdan 60 yaşa qədər bütün qadınlara uyğundur”.

 

1997-ci ildə "Sun Tekstil" öz markasını yaratmaq üçün müxtəlif təklifləri nəzərdən keçirmiş və ilk olaraq “Jimmy Key” kolleksiyasını reallaşdırıb. Bu məşhur markanın Türkiyədə 15 mağaza, 36 diler və internet mağazası var. Marka müştərilərinə yüksək keyfiyyət və münasib qiymətlər vəd edir. İdman, gündəlik və rahat geyim tərzinə üstünlük verən xanımlar bu markaya müraciət etsələr, peşman olmayacaqlar.

 

Türkiyədə moda sektorunun öndə gedən markalarından olan "Collezione" isə bu sahəyə 1987-ci ildə Bakırköyde açdığı ilk mağazası ilə gəlib. 27 ildir sektorun liderliyini edən “Collezione” bu gün 100-dən çox mağaza ilə 200-dən çox satış nöqtəsi, xaricdə isə 55 satış nöqtəsi ilə Türkiyənin geyim sahəsində üstünlüyünü qoruyub saxlayır. “Collezione”  mağazaları, "fast fresh fashion" anlayışı ilə keyfiyyətli və moda məhsullarını təklif edir. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR