Milyonlarla miqrantın ABŞ-dan çıxarılmasına qərar verildi
ABŞ prezidenti Donald Tramp milyonlarla qeyri-leqal miqrantların ölkədən çıxarılması üçün təlimat verib.
APA TV-nin məlumatına görə, yaşayış hüququ olmayan şəxslərə yönələn qanunlar sərtləşdirilir.
Daxili təhlükəsizlik naziri Con Kelli əlaqədar orqanlara göndərdiyi təlimatda yaşayış hüququ olmayan cəza çəkmiş şəxslər, haqqında məhkəmə prosesi başlamış və ya hökm verilmiş bütün miqrantların ölkədən çıxarılmasını tələb edib. Saxta sənədlər düzəldənlərin, sosial yardımlardan qeyri-qanuni istifadə edənlərin də ölkədən kənarlaşdırılması gözlənilir.
Barak Obamanın prezidentliyi dövründə yalnız ağır cinayət törətmiş miqrantlar xaric edilirdi. Yeni təlimatda isə daha çox insanın ölkədən qovulması nəzərdə tutulub. Bu sənədin Trampın 26 yanvarda imzaladığı fərmanın bir hissəsi olduğu bildirilir.
Miqrasiya qanunlarını pozan şəxslər saxlanılacaq. ABŞ İmmiqrasiya və Gömrük Mühafizə (ICE) agentliyinə 10 min məmurun işə götürülməsi və həbsxanaların sayının artırılması da nazir Kellinin təlimatında yer alır. Gömrük və Sərhəd Qoruma Dairəsi (CPB) də 5 min məmuru işə qəbul edəcək.
ABŞ-da təxminən 11 milyon şəxsin yaşama hüququnun olmadığı, bunun yarısının meksikalılar olduğu təxmin edilir.
Tramp seçki kampaniyasında cinayət törətmiş 3 milyona qədər qeyri-leqal miqrantı sərhədlərdən kənarlaşdıracağını vəd etmişdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı