OPEK-dən gözlənilən açıqlama gəldi, neftin qiyməti bahalaşdı
OPEK-in baş katibi Məhəmməd Barkindonun açıqlamaları neftin qiymətinə pozitiv təsir edib.
APA TV-nin xəbərinə görə, açıqlamaların ABŞ-ın neft ehtiyatlarının həcminə dair ilk qeyri-rəsmi hesabatla eyni günə təsadüf etməsi “qara qızıl”ın qiymətinin düşməsinə imkan verməyib.
Son 24 saat ərzində “Brent” markalı neftin ən yüksək qiyməti 57,23 dollar olub, Qərbi Texas nefti 54,95 dollardan satılıb. Bu, fevral ayında neftin ən yüksək qiymətləridir. Səhər seanslarında qiymətlər nisbətən enməyə başlasa da, analitiklər neftin həftə ərzində dəyərini qoruyacağını, hətta bir qədər bahalaşacağını ehtimal edirlər.
OPEK-in baş katibi bəyan edib ki, kartel hasilatı azaltmağa razılıq verən ölkələrin öz öhdəliklərini ən azı 90 faiz yerinə yetirəcəyini gözləyir. Məhəmməd Barkindo qeyri-OPEK ölkələrinin hasilatı azaltmaq səviyyəsindən narazı olduğunu gizlətməyib və bildirib ki, OPEK-ə üzv olmayan ölkələr hasilatı azaltmaq öhdəliyini 50 faiz yerinə yetirir.
Barkindonun daha bir açıqlaması birjalarda neftin qiymətinə təsir edib. Baş katib deyib ki, kartel 2017-ci ildə dünyada neft ehtiyatlarının azalacağını gözləyir. Bununla belə OPEK hesab edir ki, bazarda artıq həcm hələ də qalmaqdadır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı