Günün məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı fevralın 21-i üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi möhkəmlənərək 1,7447 manat səviyyəsində müəyyən olunub.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası artaraq 1,8399 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1809 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 30 manat 40 qəpik, 100 lirə 48 manat 16 qəpik, 100 lari isə 66 manat 54 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR