Düşmən təxribatının qarşısı alındı, ermənilər itki verdi
Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.
OXŞAR XƏBƏRLƏR
13:58
312
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
496
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
510
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1007
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1105
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1039