Tovuzda 2 maşın toqquşdu, yaralılar var

Tovuzda iki sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndinə gedən yolda qeydə alınıb.


Rayon sakini 42 yaşlı Arif Qasımovun idarə etdiyi “VAZ 2106” ilə 27 yaşlı Musa Nağıyevin idarə etdiyi “VAZ 2107” toqquşub.

Qəza zamanı hər ki sürücü müxtəlif bədən xəsaərtləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 

Musa Nağıyevin vəziyyəti orta ağır, Arif Qasımovun vəziyyəti isə ağır qiymətləndirilir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR