Ermənilər kəndi atəşə tutdu - YANĞIN BAŞ VERDİ
Ermənilərin cəbhə kəndini atəşə tutması nəticəsində ot tayası yanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Hacıməmmədli kəndində baş verib.
Məcburi köçkün Nuridə Məmmədovaya məxsus təsərrüfata ziyan dəyib. Qadın atəş səslərini və tayaya dəyən güllənin səsini eşitdiyini deyir. Həmin vaxt evdə tək olan yaşlı qadın alovun qısa müddətdə böyüdüyünü görüb. Yaşlı qadın 1500 ədəd ot bağlamasının yandığını deyir: "Həyətdə toyuqlara dən tökürdüm. Səsi eşitdim, başımı qaldırıb baxdım ki, tayadan alov qalxdı. Mən də qonşuları çağırdım".
O, qonşuları köməyə çağırsa da, ərazi ermənilər tərəfindən açıq-aydın müşahidə olunduğundan qonşular tayaya yaxınlaşmaqdan ehtiyat edib: "Arada kəndi atəşə tuturlar. Bu gündə yenə tutdular, amma bu dəfə daha çox atdılar. Mən çatanda artıq taya yanırdı. Çalışdım ki, 5-6 ot bağı götürəm, götürə bilmədim, alov imkan vermədi".
Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu yaxınlıqdakı tikililərə keçmədən söndürüblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı