Bakının ilk çərşənbə tonqalları qalandı - "SOVETSKİ" VƏ "KUBİNKA"DAN REPORTAJ
Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. Hər il olduğu kimi Bakının bəzi yerlərində bayram tonqalları çatılmışdı.
"Sovetski" ərazisində daha böyük tonqallar hazırlanmışdı.
Ən çox sevinənlər hər zaman olduğu kimi uşaqlar idi.
Su çərşənbəsində hansı qaydaları yerinə yetirməyi də unutmayanlar var idi.
Bu balaca qız isə nə demək lazım olduğunu tonqalın ətrafında dayanan anasından soruşdu.
Elə oğlanlardan da bəziləri ətrafdakılardan kömək istəyirdi.
Bəziləri APA TV-nin kamerası vasitəsilə bölgələrdə yaşayan qohumlarını da təbrik etməyi unutmadılar.
"Kubinka" adlanan məhəllədə də tonqallar qalanmşdı. Tonqalın ətrafına yığışan balaca qızlar müxtəlif oyunlar oynayırdılar.
Oğlanlar isə daha çox tonqalların üstündən tullanmağa həvəsli idilər.
Bakının ilk çərşənbə sevinci belə yadda qaldı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı