Lənkəranda üstünə qaz sobası düşən qadın ölüb

Lənkəranda 60 yaşlı qadın yanaraq ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, Vilvan kənd sakini, 60 yaşlı Əzimə Hacırza qızı Səmədova yaşadığı evdə yanaraq ölüb.

 

Yalnız yaşayan qadının üzərinə qaz sobası aşıb. Hadisə ehtiyatsızlıqdan baş verib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

 

Məlumata görə, Əzimə Səmədova uzun illərdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkirdi. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR