Ermənilər Ağdamda çobanları atəşə tutdu

Ermənilər son günlər cəbhə xəttindəki gərginliyi artırmağa başlayıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, daha da azğınlaşan düşmən əsgərləri yenə də dinc əhalini hədəf alıb.

 

Ağdamın Ayaq Qərvənd kəndi cəbhə xəttində yerləşir. Kənd sakinləri 24 ildir müharibə şəraitində yaşamaq məcburiyyətində qalıblar. Ötən gün günün ikinci yarısında ermənilərin atəşinə məruz qalan kənd sakinləri xoşbəxtlikdən düşmənin hədəfindən qurtula bilib. Lakin Mehman Məmmədovun təsərrüfatına ziyan dəyib. Onun 2 baş xırdabuynuzlu heyvanı tələf olub, biri isə yaralanıb. Ölən qoyunları sahədə qalsa da, Mehman Məmmədov yaralı qoyunu çıxara bilib: "Görürsən qanı burda? Burdan vurublar, burdan da çıxıb".

 

Atəşə məruz qalan ancaq kənd sakinləri olmayıb. Suvarma suyu üçün qurulmuş artezian quyusunu təmir edən ustalarda ustalar da düşmənin hədəfinə çevrilib. Kənd sakinləri yalnız Azərbaycan Ordusunun cavab atəşindən sonra ustaların ərazidən çıxa bildiyini deyir. Texnika isə gecə qaranlıq düşəndən sonra çıxarılıb: "Son iki gündə daha çox atırlar, dinc əhalini vururlar. Adam görən kimi atırlar. Bizim kəndin qırağında artezian var. Artezian idarəsinin işçiləri gəlib quyunu təmir etmək işləyəndə onları atəşə tutdular".

 

Kəndin ətrafına torpaq sədd, həyətlərə isə istinad divarları çəkilib. Amma yenə də ermənilər kəndə ziyan vura bilir. Sakinlərin sözlərinə görə, dinc əhalini atəşə tutmaq istəyən erməni hərbçilər işğal altında olan evlərin damına çıxırlar. Azərbaycan əsgərləri həmin mövqeni aşkar etdikdən sonra bir müddət sussalar da, yenidən başqa bir evin damını məskən seçirlər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR