Narkoloq: "Narkotik - ailəvi qırğın silahıdır"
İki gəncin yaratdığı narkoman obrazında çıxışı Sabunçu rayonundakı 252 saylı məktəbin şagirdlərini düşündürdüyü kimi, qonaqların da diqqətini cəlb etdi.
"Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında təşkil olunan tədbirdə 300-ə yaxın müəllim və şagird heyəti iştirak edirdi.
Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə natiqlər çıxış edərək, narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsi, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olması haqda ətraflı məlumat veriblər.
Narkoloq Asif Kəngərli əsasən narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs etdi: "Deyirlər narkotika ağ ölümdür, mən heç vaxt onunla razılaşmamışam. Çünki ağ ölüm bir nəfərə aiddir. Narkotik - ailəvi qırğın silahıdır. Bioloji bir silahdır. Evə girdisə, evin bərəkətini qaçıracaq, hər şeyi dağıdacaq".
Tədbirdə çıxış edən Sabunçu RPİ-nin rəisi Eldar İlyasov isə narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə mübarizə aparmasının vacibliyini vurğuladı.
Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəkilində sona çatdı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı