Allahşükür Paşazadə: "Cocuq Mərcanlı kəndində Şuşa məscidinin oxşarı tikiləcək"
"Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımın 25-ci ildönümü ərəfəsində biz dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik. Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədib".
Azərbaycandakı dini icmaların rəhbərləri dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.
APA TV-nin xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, Heydər Əliyevin SSRİ Siyasi Bürosundan uzaqlaşdırılması ilə erməni ekstremistlərin azərbaycanlılara qarşı növbəti soyqırımı, terroru başlayıb: "Ermənilər bizə qarşı soyqırımı nəticəsində çoxlu sayda şəhidlər vermişik. Bizi öldürməklə xalqımızı əymək olmaz, haqq öz yerini tutacaq. Xocalı faciəsinə yol 200 il əvvəl başlayıb".
Şeyx qeyd edib ki, Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcək: "Bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib. Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək".
Dövlət müşaviri Kamal Abdulla hesab edir ki, işğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı.
Roma Papasının Bakıdakı nümayəndəsi Vladimir Fekete Xocalı soyqırımını bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb. O bildirib ki, Xocalıda insanlar soyqırımına məruz qalıb və həmin qurbanlar üçün dualarını əsirgəməyəcək: "Xocalıda insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlər cəzasız qalmayacaq, Böyük Yaradan mütləq onların cəzasını verəcək".
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsində "Xocalı soyqırımı xalqın qan yaddaşıdır! “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı