İranda nəhəng neft yataqları tapıldı

İranın qərbində, Luristan əyalətində nəhəng slans neft yataqları tapılıb. APA TV-nin məlumatına görə, yeni yataqlarda 2 milyard barel həcmində slans neftini olduğu proqnozlaşdırılır.


İran Milli Neft Şirkətindən xəbər təsdiqlənib: "Aşkar edilən slans ehtiyatları hasilat baxımından səmərəlidir. Ərazidə slans qazının da olduğu ehtimal edilir və kəşfiyyat işlərinə başlanıb", - deyə məlumatda qeyd edilir.

ABŞ və Avropa İttifaqının Tehrana tətbiq olunan sanksiyaları aradan qaldırmasından sonra İran neft hasilatını maksimum səviyyəyə yüksəltmək niyyətindədir. Bu ölkənin bazarda əvvəlki mövqeyini bərpa etməsi ilə izah olunur. OPEK razılaşmasına görə, İran sutkada 3,797 milyon barel neft hasil edə bilər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR