Suriyada rusların hərbi karvanında partlayış: 4 zabit öldü

Suriyada Rusiyanın 4 hərbi müşaviri ölüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onların olduğu avtomobil partlayıb.


Ölənlərin dördünün də yüksək rütbəli zabit olduğu deyilir. Maşında olan daha iki rus hərbçisi yaralanıb. Xəbəri Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

Hadisə fevralın 16-da hərbi maşın karvanının Tiyas aerodromundan Homsa hərəkətləndiyi vaxt qeydə alınıb.

Rəsmi məlumata görə, 16 fevrala qədər ruslar Suriyada 22 nəfər itirib. Onlardan 19-u döyüş vaxtı, 3-ü qeyri-döyüş  şəraitində ölüb. Sonuncu hadisədən sonra bu say 26 nəfərə çatıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR