Xaçmazda DƏHŞƏTLİ ÖLÜM
"Xaçmazda dəhşətli faciə baş verib". APA TV-nin xəbərinə görə, hadisə Xaçmaz rayonu ərazisindəki “AZENCO” ASC-də qeydə alınıb . Qusar rayon Xuray kənd sakinləri 44 yaşlı Cərulla Quliyev və 24 yaşlı Nurlan Rəhimov təmir işləri aparan zaman elektrik dirəyi onların üstünə düşüb. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Cərulla Quliyevin həyatın xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər yaralı Nurlan Rəhimov isə ambulator müalicəyə buraxılıb.
OXŞAR XƏBƏRLƏR
19:44
730
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
759
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
967
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2174
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2149
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1978