ABŞ dolları ucuzlaşır, neft qiymətini qorumaqda davam edir
Dünya bazarında neftin qiyməti dəyişməz qalır. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 56,16-56,30 dollar arasında dəyişib. Qərbi Texas nefti isə dünən olduğu kimi, hərraclarda 54 dollardan təklif olunur.
Son bir günlə müqayisədə “Brent” nefti cüzi dəyər itirib, WTİ markalı neft isə nisbətən bahalaşıb. İki marka arasında qiymət fərqinin azalması bazarların ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminə dair hesabata köklənməsi ilə bağlıdır. Bundan başqa dolların zəifləməsi də neftin qiymətinin sabitləşməsinə təsir göstərir. Dünyanın aparıcı valyutaları ilə yanaşı yığım məqsədli istifadə olunmayan valyutalar da dollar qarşısında dəyər qazanır. Məsələn, Rusiyada rublun kursu ilk dəfə olaraq 1/58 həddindən aşağı düşüb. Dolların ucuzlaşması neftin qiymətinin bu həftə sabit qalacağını şərtləndirəcək əsas amillərdən biri hesab olunur.
Proqnozlara görə, ABŞ-ın hasil olunmuş xam neft ehtiyatları ötən həftə də artmış olacaq. Bu artımın bazara təsirinin davamlı olub-olmayacağı birjaların gecə seanslarında qeydə alınacaq qiymətlərə əsasən müəyyənləşdirmək olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı