Avstraliyada təyyarə ticarət mərkəzinə çırpıldı, ölənlər var

Avstraliyada təyyarə ticarət mərkəzinin binasına çırpılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Melburn yaxınlığında qeydə alınıb.

 

Kinq adasına istiqamətlənən, göyərtəsində amerikalı turistlərin olduğu təyyarə binaya çırpıldıqdan sonra partlayış baş verib. Qəza nəticəsində göyərtədə olan 5 nəfərin hamısı həlak olub. Ölənlərdən biri ABŞ Federal Təhqiqatlar Bürosunun agentidir. Həmin vaxt ticarət mərkəzinin işləməməsi daha çox insan tələfatının qarşısını alıb.

 

Qeyd edək ki, hadisədən bir neçə dəqiqə əvvəl pilot dispetçer məntəqəsi ilə əlaqə saxlayaraq, mühərriklərin sıradan çıxdığını bildirib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR