Dolların kursu dəyişmədi, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı fevralın 21-i üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7352 manat səviyyəsində müəyyən olunub.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8361 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1594 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində artım baş verib.

 

Rusiya rublu və Gürcüstan larisi bahalaşıb, Türkiyə lirəsi isə ucuzlaşıb. Hazırda 1000 rubl 30 manat, 100 lirə 47 manat 77 qəpik, 100 lari isə 65 manat 80 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR