Masallı-Yardımlı yolunda torpaq sürüşməsi baş verib
Masallı-Yardımlı yolunda da torpaq sürüşməsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, sürüşmə nəticəsində yolun 35-ci km-də, Yardımlı ərazisində uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub.
Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb. Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Lakin yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam edəcək və ərazi nəzarətdə saxlanılacaq.
Bu ərazidə sürüşmənin aktivləşməsinə səbəb kimi son günlər yağan intensiv qar və yağış göstərilir.
OXŞAR XƏBƏRLƏR
13:58
313
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
497
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
511
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1007
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1105
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1039