Yardımlıda mağazalardan oğurluq edənlər tutuldu
Yardımlıda iki mağazadan oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin cənub bürosunun verdiyi məlumatına görə, Yardımlı rayonunun Alçabulaq kənd sakini Səbuhi Teymurov və Köryədi kənd sakini Özüxan İsmayılov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, işlətdikləri gündəlik ərzaq mağazalarından oğurluq edildiyini bildiriblər. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktının üstü isti izlərlə açılıb. Dükanları yarmaqda təqsirli bilinən iki rayon sakini - Feyruz Çapar oğlu Cavadov və Şəhriz Seyran oğlu Adişov saxlanılıb.
Baş verən oğurluq hadisəsi nəticəsində sahibkarlara 550 manat dəyərində maddi ziyan vurulub. Dükanlardan götürülən nəğd pulun bir qismi saxlanılan şəxslərdən götürülüb.
Saxlanılan şəxslər Cinayət Məcəlləsnin müvafiq maddəsi ilə təqsirli bilinir. İstintaq davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı