Naxçıvan rəsmiləri İğdırdakı qəzada yaralananlara baş çəkiblər
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Türkiyənin İğdır vilayətində 8 nəfərin ölümünə səbəb olan qəza zamanı yaralananlara xəstəxanada baş çəkib. Ali Məclis sədrinin birinci müavini və onun müşayiət edən rəsmilər - Naxçıvan MR-in səhiyyə naziri Niyazi Novruzov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quiyev İğdır dövlət xəstəxanasında müalicə olunan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə maraqlanıblar.
Qəza nəticəsində dünyasını dəyişən 5 azərbaycanlıdan 3-nün şəxsiyyəti dəqiqləşib. Bunlar Fərhad Fərhadlı, Süleyman Əliyev və Zivər Səfərovadır.
Xatırladaq ki, fevralın 20-si səhər saatlarında İğdır-Naxçıvan yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlərdən 5-i, yaralılardan isə 26-sı Azərbaycan vətəndaşıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı