Rusiyalı diplomat ABŞ-da öldü
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib. Bu barədə Rusiya XİN-i açıqlama yayıb. Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitali Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin ölümünə ürəyində yaranan problem səbəb olub. Bu barədə “New York Post” qəzeti məlumat verib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov onun iş yerində özünü qəflətən pis hiss etdiyini bildirib. Onun sözlərinə görə, hospitala çatdırılan diplomatın həyatını xilas etmək mümkün olmayıb.
V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub, həmçinin ölkəsini BMT Təhlükəsizlik Şurasında təmsil edib.
OXŞAR XƏBƏRLƏR
13:58
404
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
571
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
580
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1015
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1113
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1047