Birinci qrup əlil qaçırdığı maşınla qəza törətdi
Bərdədə avtomobil qaçıran 1-ci qrup əlil gənc qəza törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun köhnə bazar adlanan ərazisində baş verib.
21 yaşlı Bərdə sakini Nicat Orxan oğlu Məmmədzadə rayonun Əliyanlı sakini İbrahimov Fəxrəddin Musa oğluna məxsus, yol kənarında dayanmış 09 BM 430 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobili qaçırıb.
Sürət həddini aşaraq idarəetməni itirən Nicat Məmmədzadə qaçırdığı avtomobili dəmiryolu vağzalının qarşısında ağaca çırpıb. Avtomobilin içində sıxışıb qalmış gənci yaxınlıqdakı insanlar çıxararaq Bərdə MRX-ya çatdırıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Hazırda faktla bağlı araşdırma aparılır.
Nicat Məmmədzadənin anası Məlahət Məmmədova bildirib ki, oğlu anadangəlmə fiziki qüsurludur: "Bazarın qabağından götürüb qaçıb. Oğlum serebral iflic xəstəsi olub. Birinci qrup əlildir".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı