Pentaqon rəhbəri Bağdadda: "Səfərimin məqsədi neftlə bağlı deyil"

Pentaqon rəhbəri Ceyms Mettis sürpriz şəkildə İraqa səfər edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, müdafiə naziri İraq rəsmiləri ilə İŞİD-lə mübarizədə gələcək planları müzakirə edəcək.


Mettisin Mosula güclü hücumun başladığı bir vaxtda Bağdada gəlişi diqqət çəkir.
Nazir jurnalistlərə açıqlama verib. O, ABŞ prezidenti Donald Trampın "İraq neftini biz alsaydıq, İŞİD olmazdı, indi bizim bəlkə də bu nefti almaq üçün yeni şansımız yaranıb" sözlərinə aydınlıq gətirib. "Kimsənin neftinə əl qoymaq fikrimiz yoxdur, İraqa bu məqsədlə gəlməmişik", - deyə o qeyd edib.


Bu, Ceyms Mettisin Pentaqon rəhbərliyinə gətirildikdən sonra İraqa ilk səfəridir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR