Azərbaycan prezidenti Qətərin təhsil və ali təhsil nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Azərbaycanla Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd edib.
Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən prezident İlham Əliyev bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu deyib. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlət başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə edib.
Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi isə prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirib. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycanla Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib. Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən nazir Azərbaycanın çox gözəl ölkə olduğunu və prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı