Trampın namizədi: "Fətullah Gülən Türkiyəyə verilə bilər"

"ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya edə bilər".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın Avropa İttifaqındakı nümayəndəsi postuna namizəd Ted Mellok səsləndirib.

 

O, ölkəsinin Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı yetərincə məlumatlı olduğunu, bu səbəbdən də proseslərin yekununda F.Gülənin Türkiyəyə ekstradisiya edilməsinin mümkün ola biləcəyini açıqlayıb.

 

T.Mellok Barak Obama administrasiyası dövründə bu istiqamətdə yetərli addımların atılmadığını, D.Tramp hakimiyyətinin isə əksinə, Türkiyənin ekstradisiya tələbini yerinə yetirəcəyini düşündüyünü bildirib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR