Azərbaycanla bağlı antikorrupsiya hesabatı təqdim olundu

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş hesabat təqdim edilib.

 

APA TV-nin xəbərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan 2003-cü ildən  təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir.

 

K.Əliyev xüsusi vurğulayıb ki, əvvəlki mərhələlərdə ölkə üzrə tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi nəticəsində Azərbaycan Gürcüstanla yanaşı III Monitorinq Raundunu uğurla tamamlayaraq IV Monitorinq mərhələsinə ilk keçən iki ölkədən biri olub. Bundan başqa, “ASAN Xidmət” mərkəzlərinin mühüm rol oynaması və ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti geniş işıqlandırılaraq hər iki qurum region ölkələri üçün nümunəvi model kimi təqdim edilib.

 

Tədbirdə çıxış edən OECD-nin rəsmiləri - xanım Tatyana Xvanska və xanım Rusudan Mikelidze Azərbaycanla səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR