ABŞ-da “Prezident Günü”nün qeyd olunması nefti bahalaşdırıb

Birləşmiş Ştatlarda qeyri-iş günü olması neftin qiymətinə pozitiv təsir edib. APA TV-nin xəbərinə görə, birjalarda neft alqı-satqısına dair əməliyyatların həcminin azalması “qara qızıl”a tələbatı artırıb.

 

Birjaların səhər seanslarında “Brent” markalı neftin qiyməti 56,10 dollara çatıb, günün sonuna kimi qiymətlərin daha 50 sent bahalaşacağı gözlənilir.

 

Qərbi Texas neftinin qiyməti də uzun fasilədən sonra ilk dəfə 54 dollar həddini keçib. Hərraclarda WTİ markalı neft 54,02 dollardan təklif olunur.

 

Qiymətlərin bahalaşmasına təsir göstərən digər amil OPEK-in iyulda hasilatı növbəti dəfə azaltmaq barədə müzakirələrə başlayacağı xəbəridir. ABŞ-da hasilatın artması fonunda OPEK daxili razılaşma hələlik neftin qiymətini 55 dollar ətrafında sabitləşdirməyə imkan verir. Qiymətlərin bahalaşması üçün kartel hasilatı bir qədər də azaltmaq fikrindədir, iyulda bununla bağlı OPEk üzvləri və kartelə üzv olmayan neft hasilatçılarının iştirakı ilə müzakirələr gözlənilir. Bu xəbərlər neftin qiymətini bir qədər artırmağa müvəffəq olub. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR