Xaçmazda ev yandı: ata iki uşağını xilas etdi, özü yandı
Xaçmazda yaşayış evində yanğın qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, Üçgünqışlaq kənd sakini Nahid Abdullayevə məxsus yaşayış evi səhər saatlarında yanmağa başlayıb.
Ümumi sahəsi 80 kv. m olan birmərtəbəli, iki otaq və aynabənddən ibarət evin bir otağının və aynabəndin yanar konstruksiyaları 50 kv. m sahədə, dam örtüyü də 50 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın zamanı evdə N.Abdullayevin iki azyaşlı övladı və həyat yoldaşı olub. Yanğın başlayan zaman evdə olan şəxslər yuxuda olub. Ev sahibi həyat yoldaşını və uşaqlarını xilas edərkən müxtəlif yanıq xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən ev sahibinin vəziyyəti orta ağırdır.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı