Binəli Yıldırım: "ABŞ öhdəlik götürdü, yerinə yetirmədi"

"PKK-nın qanadı olan PYD/YPG-nin İŞİD-lə mübarizəyə cəlb edilməsi düzgün seçim deyil". APA TV-nin məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

 

"Bir terror qruplaşması ilə digər bir terror qruplaşmasının yox edilməsində ortaq kimi qəbul edilməsi məqsədəuyğun deyil. Bu işin strateji maraqlar, NATO prinsipləri çərçivəsində aparılması lazımdır", - deyə hökumət rəhbəri vurğulayıb.

Binəli Yıldırım deyib ki, Türkiyənin maraqları nəzərə alınmalıdır. O, İŞİD-lə mücadilənin davam etdirilməsinin Ankara üçün prioritet olduğunu deyib: "Əl-Babla heç nə bitmədi. Rəqqada da terrorçulara qarşı mübarizədə iştirak etməyi planlaşdırırıq. Amma şərtimiz şərtdir, terrorçu qruplaşmalarla işbirliyinə getməyəcəyik".
 

Baş nazir "ABŞ Rəqqa əməliyyatı zamanı YPG üzərində israr edərsə, Türkiyə təkbaşına hərəkət edəcəkmi?" sualına cavabında bildirib ki, Ankaranın Menbiçlə bağlı niyyəti açıq şəkildə ortadadır. Menbiç PYD ünsürlərindən təmizlənməlidir. Yıldırım bu məsələ ilə əlaqədar ABŞ-ın öhdəlik götürdüyünü, lakin yerinə yetirmədiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR