Manat bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı fevralın 20-si üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7352 manat səviyyəsində müəyyən olunub.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8425 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1552 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublu ucuzlaşıb, Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisinin məzənnəsi isə dəyişməyib. Hazırda 1000 rubl 29 manat 70 qəpik, 100 lirə 47 manat 88 qəpik, 100 lari isə 65 manat 67 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR