Gəncədə "Mercedes" "Jiquli"yə çırpıldı: sürücü yaralandı
Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Gəncə şəhər sakini 33 yaşlı Əli Bədəlovun idarə etdiyi “Mercedes”lə Samux rayon sakini 25 yaşlı Mehdi İmanovun idarə etdiyi “VAZ 21011” toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
439
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
611
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
607
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1022
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1118
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1055