Tovuzda pul qabından yalnız sənədləri apardılar
Tovuzda vətəndaşa məxsus avtomobildən oğurluq olub.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
Hacallı kənd sakini Vahid Məmmədov avtomobilini rayon bazarında işlədiyi müəssisənin qarşısında saxlayan zaman içərisində şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu, sürücülük vəsiqəsi, etibarnamə və sığorta şəhadətnaməsinin olduğu pul qabı oğurlanıb. V. Məmmədov bu barədə Tovuz rayon Polis Şöbəsinə məlumat verib. Zərərçəkən bildirib ki, oğurluq pul məqsədi ilə edilsə də, pul qabında yalnız sənədlər olub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
439
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
611
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
607
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1022
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1118
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1055