BMW-dən direktor və sərnişinin meyiti çıxdı, 2 nəfərin vəziyyəti ağırdır - DƏHŞƏTLİ QƏZA

Cəlilabadda baş verən qəzada iki nəfər ölüb, iki nəfər yaralanıb.

 

APA TV-nın cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində 90 ZX 573 dövlət nömrə nişanlı yük maşını ilə BMW markalı 90 FX 557 markalı minik avtomobili toqquşub.

Zərbənin gücündən yük maşını aşıb.

Qəza nəticəsində BMW-nin sürücüsü və  sərnişini - Cəlilabad rayon Ocaqlı kənd sakinləri Mirəhməd Ağayev və Şakir Babayev hadisə  yerində ölüblər. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru olub.

Yük maşınının sürücüsü, Sabirabad rayonu, Surra kənd sakini 25 yaşlı Yunis Yusif oğlu  və yanındakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yunisin vəziyyətinin ağır olduğu deyilir.
 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR