Moldovada Xocalı faciəsinin 25-ci ildönümü qeyd edilib
Moldovada Xocalı qətliamının 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə Moldova dövlət rəsmiləri, Azərbaycan diasporunun nümayəndələri, politoloqlar, jurnalistlər, tələbələr iştirak edib.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış faciə haqqında sənədli film nümayiş olunub.
Səfir Qudsi Osmanov Xocalı soyqırımının dünyada tanınması və faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində prezident İlham Əliyevin, həmçinin Xocalı faciəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının böyük rolunu vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalızm mərkəzinin Moldovadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu çıxışında insanlığa qarşı törədilən bu ağır cinayətlərə görə səbəbkarların məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Beynəlxalq əlaqələr üzrə israilli ekspert, politoloq ve “Ağrı” kitabının müəllifi Arye Qut çıxışında qeyd edib ki, II Dünya müharibəsində faşist rejimindən qaçan minlərlə yəhudi Azərbaycanda nəinki sığınma məskəni, Vətən tapıb. Buna görə o, Xocalı qətliamını yəhudi xalqının da faciəsi adlandırıb.
Tədbirdə Moldova Azərbaycanlıları Konqresinin rəhbəri Vüqar Novruzov, Türkiyənin bu ölkədəki səfiri Hulusi Kılıç, moldovalı deputatlar və ictimaiyyət nümayəndələri çıxış edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı