Tanınmış jurnalist Savaş Ay vəfat edib
Türkiyənin tanınmış jurnalisti Savaş Ay uzun sürən müalicədən sonra bu gün xəstəxanada dünyasını dəyişib. Media duayeni bir il yarım İstanbul Tədris və Araşdırma Xəstəxanasında həkim nəzarəti altında olsa da, onun həyatını xilas edə bilməyiblər.
1954-cü il təvəllüdlü Savaş Ay 1974-cü ildə “Dünya” qəzetində müxbirliyə başlayıb. Türkiyənin bir çox qəzetlərində işləyib və televiziya kanallarında "A takımı" adlı müəllif proqramı ilə çıxış edib. O yoxsul insanlara yardım proqramları da həyata keçirib.
Tanınmış jurnalist 15 il idi ki, qırtlaq xərçəngi ilə mübarizə aparırdı. Onun xəstəliyi 1999-cu ildə canlı efirdə həkim tamaşaçı tərəfindən aşkarlanmışdı.
OXŞAR XƏBƏRLƏR
19:44
730
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
759
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
967
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2174
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2149
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1978