Ankaranın Rəqqa ilə bağlı "A" və "B" planı açıqlanıb

İncirlik hərbi bazasında ABŞ və Türkiyə Siyalı Qüvvələri Baş Qərargah rəislərinin görüşü olub. APA TV-nin məlumatına görə, görüşdə Hulusi Akar amerikalı həmkarına Türkiyə Rəqqada həyata keçirməyə hazırlaşdığı 2 planı açıqlayıb. Jozef Danforda Əl-Bab əməliyyatının başa çatdığını bildirən Hulusi Akar yeni hədəfin Rəqqanı ələ keçirmək olduğunu deyib. 

Türkiyənin hazırladığı birinci plan Azad Suriya Ordusunun Akçaqala qarşısındakı Tel Abyaddan Suriyaya daxil olub Raqqaya yaxınlaşmaqdır. ikinci plan isə Əl-Babdan sonra qüvvələri Münbiçə istiqamətləndirmək və daha sonra Raqqaya yaxınlaşmaqdır.

Ankara hələlik ilk planı prioritet sayır. Bu plana görə, Türkiyə və ABŞ xüsusi təyinatlı birləşmələri Təl-Abyaddan keçərək Rəqqaya çatacaq.  Ancaq bu planın baş tutması üçün ABŞ PYD-ni Türkiyə Silahlı Qüvvələrinin bölgəyə daxil olmasına razı salmalıdır.

 

Ankaranın B planı olan Münbiçdən Rəqqaya istiqamətlənməsinə isə ərazi şərtləri imkan vermir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR