Karayılan və "Halo dayı"nın yaxın adamı öldürüldü - PKK-YA AĞIR ZƏRBƏ

Türkiyə Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarələr Şimali İraqda PKK terrorçularına qarşı əməliyyat keçirib.

 

APA TV-nin məlumatına görə, Kandil, Zap və Metina bölgələrinə endirilən zərbələr nəticəsində içində terrorçuların da olduğu 12 sığınacaq məhv edilib.

 

Mardinin Nusaybin qəsəbəsində isə PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində terror təşkilatının Türkiyənin qərb vilayətlərindən cavabdeh şəxsi Behzat və köməkçisi Rojhat kod adlı terrorçular öldürülüb. Onların ölkə ərazisində hərbi və polis məntəqələrində kəşfiyyat apardığı, terror aktlarını təşkil etdiyi məlum olub.

 

Behzat kod adlı terrorçu PKK rəhbərlərindən Murad Karayılanın şəxsi təhlükəsizliyini təmin edib, önəmli və güvəndiyi şəxs olub. PKK-nın Aralıq dənizi bölgəsi üzrə cavabdeh şəxsi "Halo Dayı" kod adlı Eyüp Ç.-nin də Behzatdan təlimat aldığı məlum olub. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR