Xəzərdən tapılan meyit neftçilərdən birinin meyitidir - AÇIQLAMA
Xəzər dənizində meyiti tapılan şəxsin kimliyi məlum olub. APA-nın məlumatına görə, meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Cümşüd oğlu Qurbanov olduğu müəyyən edilib.
Vidadi Qurbanovun meyiti ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub. Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
13:58
439
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
611
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
607
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1022
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1118
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1055