Türkiyədə terror qurbanlarının sayı artdı - VİRANŞƏHƏRDƏN SON GÖRÜNTÜLƏR
Türkiyədə terror törədilən Şanlıurfanın Viranşəhər qəsəbəsinin son görüntüləri yayımlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə,
Bomba yüklü nəqliyyat vasitəsi qəsəbənin Yenişəhər məhəlləsində partladılıb. Partlayışdan sonra hadisə yerində iki metr dərinliyində çuxur əmələ gəlib. Onlarla binaya zərər dəyib, xeyli sayda avtomobil yararsız vəziyyətə düşüb.
Əraziyə giriş-çıxış bağlanıb, hadisədən sonra terror baş verən məhəllənin sakinləri qəsəbənin başqa bölgələrində yaşayan yaxınlarının evində gecələyiblər. Səhər saatlarında zərər dəyən binaların üzərinə Türk bayraqları asılıb. Hadisə nəticəsində həyatını itirənlərin sayı iki nəfərə çatıb. Azyaşlı şəhər sakini və məhəllənin mühafizə xidmətinin əməkdaşı İbrahim Kətə ölüb. Sonuncunun meyiti bu səhər dağıntılar altından çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
13:58
439
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
611
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
607
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1022
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1118
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1055