"iPhone 8"in qeyri-adi funksiyaları: Telefon sizi baxışınızdan tanıyacaq - YENİLİK

Apple şirkəti bu ilin "texnoloji partlayışı" olacaq "iPhone 8"in funksiyalarını dəqiqləşdirir. "iPhone 8" necə olacaq və nə vaxt satışa çıxarılacaq? APA TV-nin məlumatına görə, Apple "iPhone 8"də telefon açarını açmaq üçün ilk dəfə barmaq izi sensorunu və kodu ləğv edəcək. "iPhone 8" sizi gözünüzdən tanıyacaq. Yəni telefonun ön hissəsinə baxmaq kifayət olacaq.

 

Apple analitiklərindən Ming Çi Kou bildirib ki, "iPhone 8"ə kabelsiz enerji yükləmək mümkün olacaq. İddiaya görə, kabelsiz enerji doldurucu aparat "iPhone 8"dən ayrı satılacaq. Bu aparat sayəsində telefon əlimizdə də enerji yükləməyə davam edəcək.

 

Telefonun daxili quruluşu da tamamilə yenilənir. OLED ekranlı olacağı gözlənilən  yeni modelin dövrə hissəsi kiçiləcək, batareyası daha güclü olacaq. 4,7 düyünlü ölçüdə olacaq telefonun 2.700 mAh batareyaya malik olacağı gözlənilir.

 

"iPhone 7" və "iPhone 7 Plus"da qulaqcıqlara girişi ləğv edən "Apple" yeni modeldə yeni kabellə istifadəçilərin qarşısına çıxacaq.

 

"iPhone 8"in OLED ekranlı olması qiymətini də artıracaq. OLED ekran üçün mart ayında 50 milyon dollar maliyyə ayrılacağı gözlənilir. Bu isə "iPhone"ların ABŞ-da 1000 dollardan satışa çıxarılacağını deməyə əsas verir.

 

"Apple"in yeniliyi bunlarla kifayətlənməyəcək. İndiyədək 2 sim kartı olmayan "iPhone"un yeni modelinin 2 SİM kartlı olacağı deyilir. Sürprizlərlə dolu "iPhone 8"in bu ilin sentyabrında satışa çıxarılacağı gözlənilir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR